UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu çərçivədə iki görüş keçirilib.
"Dinamo Minsk" klubu "Ludoqorets"lə, "Linfild" isə "Şelburn"la üz-üzə gəliblər.
Qeydə alınmış nəticələri təqdim edirik:
"Dinamo Minsk" - "Ludoqorets" - 2:2 (əlavə vaxtda) (ilk oyun - 0:1);
"Linfild" - "Şelburn" - 1:1 (0:1).
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ağdam klubunun rəqibi İrlandiya təmsilçisi "Şelburn" olacaq.
II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
"Dinamo Minsk" klubu "Ludoqorets"lə, "Linfild" isə "Şelburn"la üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
16 iyul
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
Saat 22:45, "Dinamo Minsk" - "Ludoqorets";
Saat 22:45, "Linfild" - "Şelburn".