Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: II turun ilk oyun gününün ən yaxşı futbolçuları bəlli olub
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Zalsburq" - "Brest" görüşünün ən yaxşısı Abdallah Sima, "Ştutqart" - "Sparta Praqa" matçının ən yaxşısı isə Enzo Miyo olub.
"Arsenal"ın PSJ-ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada fərqlənən futbolçu Kay Haverts olub. "Bayer Leverkuzen" - "Milan" matçının ən yaxşı futbolçusu isə Florian Vitz seçilib.
Səkkiz qolun vurulduğu "Borussiya Dortmund" - "Seltik" görüşündə fərqlənən futbolçu isə Karim Adayemi olub. "Barselona"nın "Yanq Boyz"u 5:0 hesabı ilə darmadağın etdiyi matçda isə Rafinya fərqlənən oyunçu olub.
"İnter" - "Srvena Zvezda" görüşündə Mehdi Taremi, PSV - "Sportinq" oyununda isə Yerdi Sxauten qarşılaşmanın ən yaxşısı seçilib.
Gözlənildiyi kimi, "Slovan Bratislava" üzərində "Mançester Siti"nin qələbəsi ilə başa çatan matçın ən yaxşı futbolçusu isə Fil Foden olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna bu gün keçiriləcək doqquz görüşlə yekun vurulacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu