Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları ötən ay aşkarlanıb
"Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb".
"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir:
"İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür".
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" teqi üzrə xəbərlər
- Dövlət komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırıldı - Prezidentdən FƏRMAN
- I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Birinci Qarabağ müharibəsinin daha beş itkin şəhidi dəfn olunacaq
- Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan 18 meyit qalıqlarından 10-u ailəsinə təhvil verilib
- Üzərində işgəncə izləri görünən meyit qalıqlarının arasında qadınlar çoxluq təşkil edir