UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Sportinq" "Budyo Qlimt" ilə üz-üzə gəlib.
Oyunun əsas vaxtı Portuqaliya təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Tərəflər arasında keçirilmiş ilk matçda eyni hesab qeydə alındığına görə, iki görüşün yekunu üzrə hesab bərabərləşib - 3:3.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş hissələrdə isə "Sportinq" futbolçuları daha iki dəfə fərqlənərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar - 5:0.