UEFA Çempionlar Liqasının liqa mərhələsində dördüncü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə daha altı qarşılaşma başa çatıb.
"Liverpul" Enfilddə "Real Madrid"i qəbul edib. Görüşdə hesab ikinci hissədə açılıb. Makalister 61-ci dəqiqədə qapını dəqiq nişan almaqla matçın taleyini həll edib - 1:0.
"Yuventus" doğma azarkeşləri önündə "Sportinq"i qəbul edib. Oyun ilk hissədə vurulan qarşılıqlı qollarla yadda qalıb - 1:1.
Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Napoli" - "Ayntraxt Frankfurt" 0:0;
"Slaviya Praqa" - "Arsenal" 0:3;
"Atletiko Madrid" - "Royal Union" 3:1;
"Budyo/Qlimt" - "Monako" 0:1;
"Olimpiakos" - PSV 1:1;
"Tottenhem" - "Kopenhagen" 4:0.