Bu gün keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra "Qalatasaray" klubunun rəqibi bəlli olub.
Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi bu mərhələdə İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.
Bu cütlüyün ilk qarşılaşması İstanbulda keçiriləcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.
Xatırladaq ki, "Qalatasaray" klubu pley-off mərhələsində İtaliyanın "Yuventus" klubuna ümumi hesabda 7:5 qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
"Qalatasaray" UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində sentyabrın 30-da İstanbulda keçirilən qarşılaşmada "Liverpul"u 1:0 hesabı ilə məğlub edib.