Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platformasının yaradılması 2026-cı ilin dekabr ayında başa çatdırılacaq.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, sahə üzrə vahid kibertəhlükəsizlik platformasının yarrəadılmasına dair ehtiyaclar müəyyənləşdirilməklə texniki tələblərin formalaşdırılması, dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq formalarının müəyyənləşdirilməsi, Vahid kibertəhlükəsizlik platformasının yaradılması və dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında inteqrasiyanın həyata keçirilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Aygün Mirakif