UEFA Çempionlar Liqası turnirinin "X" sosial şəbəkə hesabında "Qarabağ" klubu ilə bağlı paylaşım edilib.
Oxu.Az xəbər verir ki, paylaşım UEFA ÇL-in 7-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Ayntraxt" matçına həsr olunub.
Paylaşımda matçın ən yaxşı oyunçusu seçilmiş Kamilo Duranın fotosu yer alıb və "Qarabağ" 94-cü dəqiqədə qələbə qolunu vurdu!" sözlərinə yer verilib.
Xatırladaq ki, Ağdam təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Qarabağ with a 94th-minute winner! 😲#UCL pic.twitter.com/oB0y459PDe
— UEFA Champions League (@ChampionsLeague) January 21, 2026