Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçı Azərbaycan futbolu tarixinə yubileylə düşəcək
Çempionlar Liqasının bu gün keçiriləcək "Qarabağ" - "Ludoqorets" matçı Azərbaycan futbolu tarixinə yubileylə düşəcək.
Oxu.Az İdman.biz-ə istinadla xəbər verir ki, bu, təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirində 100-cü oyunu olacaq.
Azərbaycan klubları indiyədək Çempionlar Liqasında 99 görüş keçiriblər. 35 qələbə və eyni sayda məğlubiyyəti olan çempionlarımız 29 heç-heçə ediblər. 114 qol vuran komandalarımız 118 top buraxıblar.
Çempionlar Liqasında Azərbaycanın 7 klubu iştirak edib. "Qarabağ" hamıdan çox - 53 oyuna çıxıb. "Neftçi"nin hesabında 22 matç var. "Bakı", "İnter" (hazırda "Şamaxı"), "Şəmkir" hərəyə 6, "Kəpəz" 4, "Xəzər Lənkəran" 2 sınağa çıxıb.
Qeyd edək ki, ölkəmiz üçün Çempionlar Liqasında debüt 1997/98 mövsümünə təsadüf edib. "Neftçi" Polşa "Vidzev"i ilə hər iki matçda uduzub - 0:2, 0:8.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər