UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" cavab matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Kuopio Şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 0:2 hesablı qələbəyə sevinib.
Qolları rəqib qapısından Veliko Simiç (53) və Coy-Lens Mikels (70) keçiriblər.
İki oyunun (ilk oyun - 1:0) nəticəsinə əsasən "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
Belə ki, komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.
Həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da, Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 0:2.
Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 0:1.
53-cü dəqiqədə Veliko Simic fərqlənib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.
Oxu.Az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyada üz-üzə gələcək "KuPS" və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 19:00-da Kupio Mərkəzi Stadionunda start götürəcək matçda meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"KuPS": 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 11. Xayme Moreno, 16. Tommi Yuryu, 22. Sayku Turey, 24. Bob Arma.
Baş məşqçi: Miika Nuutinen.
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas.
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu Finlandiyanın "KuPS" komandası ilə cavab görüşünə çıxır.
Oxu.Az xəbər verir ki, Finlandiyanın Kuopio şəhərindəki "Savon Sanemat Areena" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında iyulun 21-də keçirilmiş ilk görüş 1:0 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatmışdı.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Danimarkada keçirilmiş ilk görüş 1:4 hesabı ilə polşalıların qələbəsi ilə yekunlaşıb.