UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah" - "KuPS" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, görüş həmyerlilərimizin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Xatırladaq ki, "Sabah" və "KuPS" arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah" - "KuPS" oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçda ilk qolu təmsilçimiz vurub.
Velko Simiç 45+1-ci dəqiqədə fərqlənib.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah" - "KuPS" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşü polşalı hakim Lukaş Kuzma idarə edir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq "Sabah" və Finlandiyanın "KuPS" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas.
"KuPS": 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 9. Qustavo Enqvall, 16. Tommi Yuryu, 24. Bob Arma, 20. Pyotr Pajişek.
Baş məşqçi: Miika Nuutinen.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS" komandası ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində Uelsin TNS klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib.
"KuPS" isə Makedoniyanın "Vardar" klubunu üstələyib. İlk oyunda səfərdə 2:0 hesablı qələbəyə sevinən finlandiyalılar ikinci qarşılaşmada doğma meydanda 2:3 hesabı ilə məğlub olublar.
Xatırladaq ki, "Sabah" və "KuPS" arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.