"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.
Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 1:2.
28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.
Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab dəyişib.
Oxu.Az xəbər verir ki, 89-cu dəqiqədə Coşua Lok hesab arasındakı fərqi azaldıb - 1:2.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən TNS - "Sabah" qarşılaşmasında ikinci hissəyə start verilib.
Oxu.Az xəbər verir ki, ilk 45 dəqiqəni iki qollu üstünlüklə (0:2) başa vuran Azərbaycan təmsilçisi ikinci hissəyə də eyni heyətlə və yüksək əhval-ruhiyyə ilə başlayıb.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən TNS - "Sabah" matçında birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, ilk 45 dəqiqə Azərbaycan təmsilçisinin üstünlüyü ilə keçib.
Coy Lens Mikelsin 28-ci, Rəhman Daşdəmirovun isə 42-ci dəqiqədə vurduğu qollar "Sabah"ı fasiləyə iki top fərqi ilə öndə yollayıb - 0:2.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab dəyişib.
Oxu.Az xəbər verir ki, matçın 42-ci dəqiqəsində Rəhman Daşdəmirov fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb - 0:2.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab açılıb.
Oxu.Az xəbər verir ki, 28-ci dəqiqədə Coy Lens Mikels bakılıları önə keçirib.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Osvestri şəhərindəki "Park Hall" stadionunda baş tutur.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək TNS - "Sabah" matçının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, saat 21:30-da başlayacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:
TNS: 1 Şeppard, 14 Uilyams, 16 Simeu, 6 Bodenhem, 10 Redmond (k), 21 Smit, 4 Korness, 15 Farrell, 8 Brobbel, 17 C. Uilyams, 20 Hyuz.
Ehtiyat oyunçular: 44 Cenkins, 7 Barton, 12 Qodsmark-Ford, 19 Klark, 22 D. Devis, 23 Nolan, 24 Nadin, 26 Fillips, 27 Kanavan, 31 Vullem, 34 Lok, 37 Ceffris.
"Sabah": 92 Stas Pokatilov (k), 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 33 Erivaldo Almeyda, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 19 Aron Maluda, 20 Coy Lens Mikels, 21 Velko Simiç.
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 11 Parris, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.
Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu səfərdə Uelsin TNS komandası ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək görüş saat 21:30-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu cütün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Vardar" (Makedoniya) - "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.