Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşlər adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb:
15 aprel
Saat 23:00, "Aston Villa" - PSJ
Hakimlər: Xose Mariya Sançez, Raul Kabanero, İniqo Prieto, Alehandro Mund Ruiz (İspaniya).
VAR: Karlos del Serro Qrande (İspaniya).
AVAR: Sezar Soto Qrado (İspaniya).
"Villa Park".
İlk oyun - 1:3.
Saat 23:00, "Borussiya Dortmund" - "Barselona"
Hakimlər: Maurisio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Simon Sozza (İtaliya).
VAR: Marko di Bello (İtaliya).
AVAR: Daniele Doveri (İtaliya).
"Siqnal İduna Park".
İlk oyun - 0:4.
16 aprel
Saat 23:00, "Real Madrid" - "Arsenal"
Hakimlər: Fransua Letexie, Siril Munye, Mehdi Rahmuni, Stefani Freppart (Fransa).
VAR: Jerom Brisard (Fransa).
AVAR: Bastien Deşepi (Fransa).
"Santyaqo Berbabeu".
İlk oyun - 0:3.
Saat 23:00, "İnter" - "Bavariya"
Hakimlər: Slavko Vinçiç, Tomas Klançnik, Andraz Kovaçiç, Matey Yuq (Sloveniya).
VAR: Alen Boroşak (Sloveniya).
AVAR: Dennis Hiqler (Niderland).
"San Siro".
İlk oyun - 2:1.