Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi "İnter"i darmadağın edərək tarixində ilk dəfə bu turnirin qalibi olub.
Oxu.Az xəbər verir ki, matç 5:0 hesabı ilə başa çatıb.
Parislilərin heyətində Əşrəf Hakimi (12"), Dezire Due (20", 60"), Xviça Kvaratsxeliya (73"), Senni Meyulyu (86") fərqləniblər.
Bu gün UEFA Çempionlar Liqasında kubokun sahibi bəlli olacaq.
Oxu.Az xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutacaq görüşdə Fransanın PSJ klubu ilə İtaliya təmsilçisi "İnter" üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
31 may
UEFA Çempionlar Liqası
Final
Saat 23:00, PSJ - "İnter".