Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UEFA İrəvandakı təxribata görə Ermənistana qarşı intizam işi açıb
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Avropa futbol qurumunun yaydığı məlumata görə, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda keçirilən Ermənistan - Xorvatiya (0:1) oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Bundan başqa, azarkeşlər görüşdə pirotexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin əski parçasını dalğalandırıblar.
"AVRO-2024" teqi üzrə xəbərlər
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
Ən çox oxunanlar
Rəylər