UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.
Oxu.Az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.
Oxu.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:4.
Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqləniblər. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.
Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Araz-Naxçıvan" növbəti sınaq üçün meydana çıxıb.
"Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gəlir:
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" klubları növbəti sınaq üçün meydana çıxacaqlar.
Avrokubokların debütantı "Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.
Digər təmsilçimiz "Sabah" isə səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının bu mərhələsində ümumilikdə 29 qarşılaşma keçiriləcək.
7 avqust
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi
Saat 20:00, "Araz-Naxçıvan" - "Omoniya";
Saat 22:00, "Levski" - "Sabah".