UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri "AEK Larnaka" və "Kristal Pelas" klubları arasında baş tutub.
İlk qarşılaşmada heç-heçəyə (0:0) razılaşan tərəflər bu dəfə də matçın əsas vaxtında qalibi müəyyən edə bilməyiblər - 1:1. Matçın əsas vaxtına artırılmış hissələrdə ingilislər daha bir dəfə fərqlənərək növbətə mərhələyə çıxıblar.
"Rakuv" və "Fiorentina" klubları arasında keçirilmiş cavab oyununda 1:2 hesablı nəticə qeydə alınıb. İlk görüş də İtaliya təmsilçisinin eynihesablı qələbəsi ilə başa çatdığına görə, "Fiorentina" 1/4 final mərhələsinə vəsiqə əldə edib.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
AEK - "Selye" - 0:2 (ilk oyun 4:0);
"Maynts 05" - "Siqma Olomouts" - 2:0 (0:0).