UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, bu çərçivədə bir oyun keçirilib.
Latviya təmsilçisi "Auda" Şimali İrlandiyanın "Larne" komandası ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Qalib penalti seriyasında müəyyənləşib.
Penaltiləri daha dəqiq yerinə yetirən "Larne" futbolçuları növbəti mərhələyə vəsiqə qazanıblar.
"Auda" (Latviya) - "Larne" (Şimali İrlandiya) - 2:2 pen. 2:4 (ilk matç - 0:0)
Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir oyun keçiriləcək.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunda "Auda" klubu "Larne" ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçilərimiz "Zirə" ilə "Araz-Naxçıvan" mübarizəyə II təsnifat mərhələsində qoşulacaqlar.
16 iyul
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
Saat 20:00, "Auda" - "Larne".