"Neftçi" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Belə ki, "Neftçi" - "Dinamo Minsk" cütünün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12