UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə "Qarabağ" arasında keçirilən qarşılaşma başa çatıb.
Oxu.Az xəbər verir ki, matç Azərbaycan təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın yeganə qolunu 52-ci dəqiqədə Kadi Borges vurub.
Beləliklə, "Qarabağ" minimal üstünlük əldə edib.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə "Qarabağ" arasında keçirilən oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub - 0:1.
"Qarabağ"ın heyətində Kadi Borges 52-ci dəqiqədə fərqlənib.
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə "Qarabağ" arasında keçirilən qarşılaşma başlayıb.
Oxu.Az xəbər verir ki, Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda Niderlandın "Tvente" klubunun qonağı olacaq.
Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
20 avqust
Saat 22:00, "Tvente" - "Qarabağ".