UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Masazırdakı "Əlincə" stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.
Bu məğlubiyyətlə "Sabah" klubu avrokuboklarla vidalaşıb.
Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Sabah" "Levski" ilə cavab matçına çıxacaq.
Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında Bolqarıstanda keçirilən ilk görüşdə "Levski" minimalhesablı qələbə qazanıb. Meydan sahibləri 90+8-ci dəqiqədə fərqlənə biliblər.
Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsinin cavab oyunları
20:00. "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan)
İlk oyun - 0:1