Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Millətlər Liqası: İtaliya Belçikanı məğlub etdi
UEFA Millətlər Liqasında 5-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, A Liqasının 2-ci qrupunda İtaliya Belçika ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Matçda yeganə qolu Sandro Tonali vurub.
Bu matçdan sonra İtaliya 13 xalla A qrupuna liderlik edir, Fransa 10 xalla ikinci yerdə qərarlaşıb. Belçika 4 xalla üçüncü, İsrail bir xalla sonuncu pillədədir.
Qeyd edək ki, günün digər oyunlarında Sloveniya öz meydanında Norveçə uduzub - 1:4, Şimali Makedoniya isə ev matçında Latviyadan üstün olub - 1:0. Farer adaları səfərdə Ermənistana qalib gəlib - 0:1. Həmçinin, Qazaxıstan öz azarkeşləri qarşısında Avstriyaya 0:2 hesabı ilə uduzaraq aşağı liqaya düşüb.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Kilian Mbappe yenidən milliyə çağırılıb
- Legioner limitini ləğv etdik, bəs yerli futbolçuları nə gözləyir?
- Stanislav Çerçesov Qazaxıstan millisi ilə yollarını ayırdı
- Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan və Ermənistan milliləri eyni üslubda oynayırlar"
- Didye Deşam Fransa millisindən ayrılacaq