Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Millətlər Liqası: Uels yığması 10 nəfər qalan Türkiyə millisini məğlub edə bilmədi
Millətlər Liqasının B Liqasının 4-cü qrupunda Uels və Türkiyə milli komandalarının qarşılaşdığı 1-ci turun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun "Kardiff Siti" stadionundada baş tutub. Görüşün baş hakimi qismində Rohit Saqqi çıxış edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
62-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Barış Alper Yılmaz ikinci sarı vərəqə alaraq meydandan qovulub.
1-ci turdan sonra bir xal toplayan Uels komandası B Liqasının 4-cü qrupunda üçüncü pillədə qərarlaşıb. Türkiyə isə bir xal qazanaraq ikinci pillədə yer alıb. Üç xalı olan dördlüyə daha əvvəl Monteneqronu 2:0 hesabı ilə məğlub edən İslandiya komandası başçılıq edir. Monteneqro millisi dördüncü yerdədir.
UEFA Millətlər Liqasının keçənilki qalibi İspaniya millisidir.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqasının yarımfinal görüşlərinin keçiriləcəyi ölkə bəlli olub
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb
- Türkiyə millisi A, Gürcüstan seçmə komandası B Liqasına yüksəldi
- Azərbaycan millisinin DÇ-2026-da keçiriləcək görüşlərinin təqvimi
- Lamin Yamal UEFA Millətlər Liqasında rekorda imza atıb