“Turan Tovuz” Futbol Akademiyasına yeni koordinator təyin olunub.
Oxu.Az xəbər verir ki, PRO kateqoriyalı mütəxəssis Adil Şükürovla 1,5 illik rəsmi müqavilə bağlanılıb.
Adil Şükürovun son iş yeri “Zirə” Futbol Akademiyasında analoji vəzifə olub.

Qeyd edək ki, “Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi yanvarın 16-da olub. Akademiya FIFA, UEFA və AFFA-nın maliyyə dəstəyi ilə açılıb.