AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən, UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA Avro-2020-nin 4 oyununa ev sahibiliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, mərasim sentyabrın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.
A.M.