UEFA Rusiyaya qarşı təxirə salınmış diskvalifikasiya tətbiq edib. Bu, Rusiya yığması azarkeşlərinin İngiltərə ilə matçdakı davranışları ilə bağlıdır.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Bundan başqa, Rusiya Futbol İttifaqı 150 min avro cərimələnib.
Təxirə salınmış diskvalifikasiya o deməkdir ki, Rusiya yığması qeyd olunan pozuntuları təkrarladığı halda, Avropa Çempionatından kənarlaşdırılacaq.