Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniyanın "Atletiko Madrid" klubunun argentinalı baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-də Çempionlar Liqasının ilk oyununda "Atletiko Madrid" səfərdə "Liverpul"a 2:3 hesabı ilə uduzub.
Matçın sonunda Simeone ingilis azarkeşə nalayiq jest göstərib və onunla mübahisə edib. Bu, qırmızı vərəqə ilə nəticələnib. Baş məşqçi davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.