Futbol üzrə Uels millisi AVRO-2020 (Avropa çempionatı) üçün Bakıya gəlib.
Oxu.Az-ın xəbərinə görə, Uels Futbol Assosiasiyası (UFA) və millinin “Totenhem”də oynayan ulduz kapitanı Qaret Beyl Bakıya gəlmələrini əks etdirən foto paylaşıblar.
View this post on InstagramView this post on InstagramHəmçinin UFA Azərbaycana aid görüntülərdən ibarət maraqlı paylaşım edib. Burada ölkəmizin adının mənası, Bakı şəhəri, sitayiş etdiyimiz din, bayrağımızın rəngləri haqda məlumat verilib, azərbaycanca təşəkkür sözünün necə səsləndiyi bildirilib.
View this post on InstagramQeyd edək ki, bu gün Bakıda olacaq Uels millisi “Hilton” hotelində məskunlaşacaq. 2016-cı ildə Fransada keçirilmiş son Avropa çempionatının yarımfinalçısı iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşacaq. Bundan dörd gün sonra isə Uels eyni məkanda Türkiyə yığması ilə görüşəcək.
Səbuhi Musayev
"Fransa" teqi üzrə xəbərlər
- Parisdə "sarı jiletlilər"in yürüşü qadağan edildi: Komendant saatı tətbiq olundu
- Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
Digər xəbərlər