Vaxtilə "Qalatasaray"da çıxış edən niderlandlı sabiq futbolçu Uesli Sneyderin oğlu Cessi Sneyder "Utrext"lə peşəkar müqavilə imzalayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
"Arzum gerçəkləşdi. Bu məqama çatmaq üçün Utrext Akademiyasına qoşulduğumdan bəri çox çalışdım. İlk peşəkar müqaviləmi imzalamaq mükafat kimi bir hissdir və bu, həm də yeni bir addımın başlanğıcıdır. İnkişafımı davam etdirmək və hər şeydən əvvəl gələn mövsüm mümkün qədər çox oyun vaxtı əldə etmək istəyirəm", - Cessi bildirib.
Uesli Sneyder sosial şəbəkədə oğlu ilə bağlı bu sözləri paylaşıb: "Səninlə çox fəxr edirəm. Qətiyyətin və iradən mükafatlandırıldı. Hər şey yeni başlayır. Afərin oğlum".