Yeniyetmə azərbaycanlı futbolçuların “Mançester Yunayted”in Yay məktəbinə seçmə turunun final mərhələsinə “qırmızı iblislər”in adlı-sanlı futbol simalarının dəvət edilməsi nəzərdə tutulub.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, AFFA qonaqlar arasında sabiq baş məşqçi Aleks Fergüson və komandanın hücumçusu Ueyn Runini görmək istəyindədir.
Xatırladaq ki, ötən il bu məqsədlə məşhur Endi Koul paytaxtımıza dəvət almışdı. Seçmə turun final mərhələsi 2-5 iyun aralığında Bakıdakı “Dalğa Arena”da baş tutacaq.