"Şaxtyor Donetsk" klubunun rəhbərliyi Arda Turanla danışıqların aparılması barədə məlumatı təkzib edib.
Oxu.Az tribuna.com portalına istinadən xəbər verir ki, Donetsk klubunun rəhbərliyi hazırda komandanın mayın 14-də Jitomirdə keçiriləcək Ukrayna Kubokunun finalına hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl türkiyəli jurnalist, "Sport Digital"ın əməkdaşı Yağız Sabuncuoğlu "Şaxtyor Donetsk"in nümayəndələrinin Londonda "Eyüpsor"un baş məşqçisinin agentləri ilə görüşdüklərini və razılaşmanın yekunlaşmaq üzrə olduğunu bildirmişdi.