Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qadın qohumuna mesaj yazan sahibkarı qətlə yetirdi, 10 il altı ay cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Ələkbər Səmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Səmədli 10 il altı ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, qətlə yetirilən Rüfət Rüstəmov Bakının Qaradağ rayonu ərazisində özünə məxsus avtomobil təmir sexində olarkən Ə.Səmədli ona yaxınlaşaraq mübahisə edib. Ə.Səmədli bildirib ki, guya R.Rüstəmov onun yaxın qohumu olan qadına mesajlar yazır və onunla yaxınlıq münasibəti var.
Ə.Səmədli R.Rüstəmovla mübahisə etsə də, yaxınlıqdakı şəxslər onların dava etməsinə imkan verməyib.
Ə.Səmədli evinə gələrək özü ilə bıçaq götürüb yenidən həmin sexə gəlib, Rüfəti avtomobilinə mindirərək Ələt qəsəbəsinə aparıb və orada ona dörd bıçaq zərbəsi endirib. R.Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Səmədli saxlanılıb.
Aqil Vəlili
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Əslində, Elgünü nə, necə öldürüb?
- Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"
- Moskvada türkürpərdici cinayət: Kişi tanışını hissələrə doğradı
- Xırdalanda dəhşətli qətli törətməkdə şübhəli bilinən şəxs SAXLANILDI
- Universitet yataqxanasında tapılan Elgünün ailəsi intihar xəbərlərindən DANIŞDI