Braziliya Futbol Konfederasiyası (BFK) Karlo Ançelottiyə yeni müqavilə təklif edib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin mayın 26-da Rio-de-Janeyroya gəlib Braziliya millisinin DÇ-2026-nın Ekvador və Paraqvayla seçmə mərhələ oyunları üçün iştirak ərizəsini açıqlayacağı gözlənilir.
BFK-nın 65 yaşlı baş məşqçiyə təklif etdiyi sözləşmədəki yeni şərtlər isə hamı tərəfindən maraqla qarşılanıb: aylıq maaşı 625 min avro olmaqla DÇ-2026-nın sonuna qədər nəzərdə tutulan ilkin müqavilə və mundialda mümkün qələbəyə görə 5 milyon avro bonus.