Ukraynalı idmançılar Bakıda keçirilən Avropa Oyunlarında iştirakına görə mükafatsız qalıblar.
“Ukrayna yığmasında olan mənbənin “Lenta.ru”ya bildirdiyinə görə, mükafatlar ödəmə qabiliyyəti olmayan “Radikal” banka köçürülüb, Oxu.Az xəbər verir.
Ukraynanın İdman Nazirliyi və bank arasında razılaşma olub, bu razılaşmaya əsasən kredit təşkilatı Ukrayna yığma komandalarının üzvləri üçün vəsaitin saxlanılması və köçürülməsi ilə məşğul olurdu. İyulun 3-də Bakıda keçirilən Avropa Oyunlarında iştirak üçün mükafatlar “Radikal”a köçürülüb. Amma bir həftə sonra iyulun 10-da Milli bank “Radikal”ı müflis elan edib.
“Radikal”ın müflis olmasına dair xəbərdən sonra İdman Nazirliyinin rəhbəri İqor Jdanov maliyyə təşkilatının üzvləri ilə görüş keçirib. Bu görüşdə ona, “idman pullarının” iki ay ərzində geri qaytarılacağına dair vəd veriblər. Onlar defolta görə mükafatlarının dəyərinin itəcəyindən qorxurlar.
Avropa Oyunlarında qızıl medal üçün İdman Nazirliyi – 25 min qriven (1,1 min dollar), gümüş medal üçün – 20 min (910 dollar), bürünc medal üçün – 12,5 min (570 dollar) vəd etmişdi.