Keçən gecə həyatının 75-ci ilində uzun sürən xəstəlikdən sonra Sovet və Azərbaycan futbolunun veteranı Valeri Hacıyev vəfat edib.
Oxu.Az xəbər verir ki, SSRİ-1966-cı il çempionatının bürünc mükafatçısı “Neftçi” komandasının tərkibində 208 matç keçirib, 23 qol vurub.
Valeri Hacıyev həmçinin Moskvanın “Dinamo” və SSRİ olimpiya yığmasının tərkibində meydana çıxıb. Azərbaycanın gənclərdən ibarət yığmasının məşqçisi olub.
Valeri Hacıyev sabah Bakıxanov qəsəbəsində dəfn ediləcək.
Allah rəhmət eləsin!