Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan millisi növbəti medallarını qazanıb.
Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Emirhan Kılıçı məğlub edərək üçüncü yeri tutub.
Digər təmsilçimiz Səbuhi Əmiraslanov (79 kq) isə finalda İsmail Xanıyevə məğlub olaraq gümüş medal qazanıb.
Azərbaycan Serbiyada keçirilən güləş üzrə U-23 Avropa çempionatında daha bir bürünc medal əldə edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə qalib gələrək bürünc medal qazanıb.
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edərək bürünc medal uğrunda görüşə haqq qazanıb.
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan ilk medalını qazanıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.