Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Velosipeddən yıxıldı, AVRO-2024-dən kənarda qaldı
"Tvente"nin yarımmüdafiəçisi Mixal Sadilek Çexiya millisinin heyətində 2024-cü il futbol üzrə Avropa çempionatını buraxacaq.
Bu barədə Çexiya Futbol Assosiasiyasının saytında məlumat verilib.
Təşkilat buna səbəb kimi futbolçunun şənbə günü, iyunun 8-də velosipeddən yıxılması nəticəsində baldır nahiyəsindən aldığı zədə olduğunu bildirib.
Çexiya millisinin baş məşqçisi İvan Haşek Sadilekin zədəsinin komandanı zəiflətdiyini deyib.
Qeyd edək ki, iyunun 7-də Sadilek Malta ilə yoldaşlıq görüşündə iştirak edib və bu oyun çexlərin 7:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə yarımmüdafiəçi kapitan sarğısını taxıb.
O, hazırkı Çexiya millisinin heyətində AVRO-2020-də iştirak edən yeddi futbolçudan biri olub. Ümumilikdə, Sadilek komandanın heyətində 24 oyun keçirib və bir qol vurub.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.