“Fevralın 9-da üç tələbəmlə birgə Tailanda təlim-məşq toplanışına gəlmişdik. Çünki martın 20-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə “Warriors League”da döyüşüm olmalı idi. Martın 28-də isə Bakıya qayıtmalı idik. Lakin koronavirus pandemiyasına görə martın 10-da döyüşün ləğv olunduğu deyildi. Daha sonra sərhədlər bağlandı. Ona görə də Tailandda qaldıq”.
Bunu Oxu.Az-a MMA döyüşçümüz Aqşin Babayev deyib.
O, sərhədlər bağlı olduğu üçün hələ də Tailandda qaldıqlarını bildirib:
“Hazırda Phuket şəhərində qalıb, məşhur “Tiger Muay Thai” klubunda məşq edirik. Burada bütün idman zalları açıqdır. Kafe və restoranlar normal şəraitdə işləyir. Sadəcə olaraq, koronavirusdan qorunmaq üçün bir az ehtiyat tədbirləri görülür, üzə maska taxılır, vəssalam. Sərhədlər, hava limanları açıqdır. Ancaq Azərbaycan tərəfi sərhədləri bağladığı üçün biz və azərbaycanlı iş adamları ölkəmizə qayıda bilmirik”.
O, Tailandda obyekt açması barədə deyilənlərə belə reaksiya verib:
“Instagram”da bəzi səhifələrdə Tailandda obyekt açdığım yazılıb. Əslində, bu, səhvdir. Sadəcə olaraq, məşq etdiyimiz məkanda Üzeyir Mehdizadənin ifasında mahnı qoymuşduq. Arxada tələbəmin zarafatla “xeyirli olsun” deməsi və mənim də “çox sağ ol” cavabım həmin səhifələri çaşdırıb”.
Vətəndən ayrı düşən idmançımız Tailanddakı “obyekti” ilə bağlı açıqlama verdi - VİDEO
“Döyüşçü” ləqəbli Aqşin Babayev iki yaşlı oğlu Rəsulun şəklini sinəsinə tatu etdirməsindən də danışıb. Onun sözlərinə görə, döymə ona pulsuz başa gəlib:
“Bu məkanı reklam etdiyim və bura bəzi idmançıları müştəri qismində gətirdiyim üçün tatu mənə pulsuz başa gəldi. Amma, ümumilikdə, endirimlə 100-150 dollara edirlər.
Bura gələndə iki aylıq xərc nəzərdə tutmuşduq. Ancaq artıq beş aydır ki, burdayıq. Sağ olsunlar ki, yaxın dost-tanışlar bizə Azərbaycandan pul göndərir. Çünki burda hər şey bahadır, Tailand turizm ölkəsidir”.
Səbuhi Musayev
Rəylər