Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Oxu.Az xəbər verir ki, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 kq) bürünc medal qazanıb.
Azərbaycanın qadın güləşçisi Elnura Mammadova (50 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Əlcəzair təmsilçisi Çeyma Şebilanı 5:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş medal əldə edib. Jalə Əliyeva (57 kq) isə final qarşılaşmasına çıxacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Məhəmmədhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Məmmədova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Azərbaycanın iki yunan-Roma güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan Jalə Əliyeva yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovaya "tuş"la, 97 kiloqram çəkidə mübarizə aparan Murad Əhmədiyev isə türkiyəli Beytullah Kayışdağa 5:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıblar.
Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hələlik yunan-Roma güləşi üzrə yeganə medalı Həsrət Cəfərov (67 kiloqram) qazanıb.