UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a qarşı cavab matçında qolu sınaraq sıradan çıxan "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin səhhətindəki son vəziyyət məlum olub.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçunun Türkiyə Superliqasının XXXI turu çərçivəsində "Fənərbağça"ya qarşı keçiriləcək kritik derbi matçına qədər tam sağalacağı gözlənilir.
Zədəsini bərpa edən idmançı hazırda komandadan ayrı, fərdi şəkildə məşqlərini davam etdirir.
Xatırladaq ki, nigeriyalı forvard cari mövsümdə "cim-bom"un forması ilə çıxdığı 29 qarşılaşmada rəqib qapılarından 19 top keçirib və 7 məhsuldar ötürmə müəllifi olaraq yadda qalıb.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı aprelin 26-da baş tutacaq.