Viktor Osimhenin 2018-ci ildən bu yana birlikdə olduğu sevgilisi Stefani Kim Ladviq futbolçudan "Qalatasaray"da qalmasını istəyib.
Oxu.Az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, futbolçunun sevgilisi Türkiyədə xoşbəxt olduğundan və "Qalatasaray" azarkeşlərinin Viktor Osimhenə olan sevgisindən dolayı İstanbulda qalmaq istəyir.
Xatırladaq ki, "Qalatasaray" rəsmiləri Viktor Osimhenin transferi üçün "Napoli"yə təklif göndərsələr də, futbolçunun cavabını gözləyirlər.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 40 oyunda 36 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.