Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məleykə Abbaszadə: "Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var"
"Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:
"Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. 2024-cü ildə ali təhsil müəssisələrinə ərizə qəbulunun sayı 118 503, 2025-ci ildə isə 130 641 olub. Ötən illə müqayisədə 12 138 ərizə çox qəbul olunub. Ötən il buraxılış imtahanlarında iştirak edənlərin sayı 107 586, bu il isə 119 296 nəfər olub".
Aqil Vəlili
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"
- İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadə aydınlıq gətirdi
- Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
- DİM sədri ekspertləri yıxıb-sürüdü: "Məşhurlaşmaq üçün belə çıxışlar edirlər"
- DİM yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edib