"Yuventus" klubu "Napoli"yə məxsus olan və Türkiyənin "Qalatasaray" komandasında icarə əsasında çıxış edən Viktor Osimhenin transfer xəbərlərini yalanlayıb.
Oxu.Az "Beyaz TV"yə istinadən xəbər verir ki, "Yuventus" klubunun idman direktoru Kristiano Cuntoli nigeriyalı hücumçunun transferi ilə bağlı olan bütün xəbərlərin yalan olduğunu deyib.
"Viktor Osimheni istəmirik. Media futbolçunun satılması və ya həqiqəti bilmək üçün bəzən belə yalan xəbərlər dərc edir. Bizim Viktor Osimheni transfer etmək kimi bir niyyətimiz əsla olmayıb", - deyə K.Cuntoli bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu Viktor Osimhenin transferini tamamlamaq üçün lazım olan məbləği təmin edib, sonuncu qərarı isə futbolçu özü verəcək.