Türkiyə nəhəngi "Qalatasaray"da icarə əsasında çıxış edən, "Napoli" klubuna məxsus olan Viktor Osimhen "Əl-Hilal" ilə üç illik müqavilə imzalayacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin bütün şərtləri razılaşdırılıb, Osimhen özü də keçidə razılıq verib.
Belə ki, tərəflər arasında illik 35 milyon avro maaş qarşılığında üç illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qalatasaray" klubu futbolçunu transfer etmək istəsə də, maliyyə məsələlərində razılıq əldə olunmayıb.