"Qalatasaraya" klubu Viktor Osimhen üçün "Napoli" ilə razılıq əldə edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, transfer məbləği üç il ərzində kredit şəklində ödəniləcək.
Oyunçunun illik maaşı 12 milyon avro olacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında çıxış etmək istəyən futbolçu son qərarı özü verəcək.