Hindistan-Pakistan sərhədindəki gərginlik səbəbindən bağlanan 32 hava limanı yenidən açılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNBC-TV18 nəşri məlumat verib.
Məlumata görə, Hindistan Hava Limanları İdarəsi (AAI) və müvafiq aviasiya orqanları bununla bağlı pilotlar üçün bildiriş (NOTAM) dərc ediblər.
Bildirişdə Hindistan və Pakistan arasında artan gərginlik fonunda ölkənin şimal və qərb bölgələrində mülki uçuşlar üçün bağlanan 32 hava limanının yenidən açılmasından bəhs edilir.
Qeyd edilib ki, NOTAM Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) müvafiq təlimatlarından sonra dərc edilib.