Vinisius Junior "Real Madrid"lə müqaviləsini 2030-cu ilədək uzatdı.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu yeni razılaşmaya əsasən, ildə 20 milyon avrodan çox əməkhaqqı alacaq.
Onun maaşı Kilian Mbappenin əməkhaqqısı ilə eyni olacaq.