Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vinisius Juniyor "Real Madrid"dən ayrılmaq qərarına gəlib
Braziliya millisinin və "Real Madrid"in hücumçusu Vinisius Junior "Kral" klubunu tərk edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Romen Molina özünün "X" sosial şəbəkə hesabında məlumat verib. Mənbənin məlumatına görə, hücumçu Səudiyyə Ərəbistanı çempionatına keçməkdə maraqlıdır.
Yaxın Şərqdə ödənilən nəhəng pullar Vinisius Juniorun diqqətini cəlb edib. "Real Madrid" braziliyalını satmağa razılaşsa, onun transferindən xeyli pul qazana bilər.
Qeyd edək ki, Vinisius 2024/2025 mövsümündə "Real Madrid" forması ilə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Braziliyalı ilə "Real Madrid" arasındakı müqavilənin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb.
"Vinisius Junior" teqi üzrə xəbərlər
- Ərəblərin transfer planı - Vinisius yoxdursa, Rodriqo var
- "Əl-Əhli" Vinisiusa geri çevirə bilməyəcəyi məbləğ təklif edib
- Dünyada ən çox maaş alan futbolçu kimdir?
- "Real Madrid" klubunun Vinisius Juniorla bağlı apellyasiya şikayəti rədd edilib
- Vinisius Juniyor "Barselona" ilə görüşdə məğlub olduqları üçün "Real Madrid"dən ayrılmaq istəyir
Rəylər