Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vinisius "Real Madrid"dən gedəcəkmi? - Təfərrüat açıqlandı
"Real Madrid"in cinah oyunçusu Vinisius Junior Madrid nəhəngindən ayrılmayacaq və klubla müqaviləsini daha iki və ya üç mövsüm uzadacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "El Larguero" nəşri "X" sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, braziliyalı cinah oyunçusu Səudiyyə Ərəbistanına keçmək üçün daha bir sərfəli təklifə məhəl qoymayıb və İspaniya klubunda qalmaqda qərarlıdır.
Qeyd olunub ki, səudiyyəlilər hələ də transfer məbləği və maaş baxımından misilsiz olacaq bu böyük transferi həyata keçirməyə ümid edirlər.
Qeyd edək ki, bu mövsüm Vinisius bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.