Bakının “Lokomotiv” komandası qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyununda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” yanvarın 14-də Bakıda, Voleybol Mərkəzində Krasnodarın “Dinamo” komandası ilə qarşılaşıb.
Qarşılaşmada Bakı təmsilçisi Rusiya Kubokunun sahibinə heç bir şans verməyib - 3:0 (25:22, 25:18, 25:22). “Lokomotiv” bu qələbə ilə cavab oyunu üçün üstünlük qazanıb.
“Lokomotiv” bu mərhələyədək “Rote Raben” (Almaniya) və “Srvena Zvezda” (Serbiya), “Dinamo” isə “Novara” (İtaliya) və “Hameenlinna” (Finlandiya) komandalarını mübarizədən kənarlaşdırıb.
E.Ə.
www.oxu.az